İsveç millisinin və PSJ-nin hücumçusu Zlatan İbrahimoviçin Bakıya gəlişinin səbəbi məlum olub.
Futbolxeber.az-ın məlumatına görə, İbra azərbaycana keçmiş qaydasız döyüşçü Faiq Babanlının dəvəti ilə gəlib. Babanlı Sportbox.az saytına açıqlamasında xəbəri təsdiq edb:
“Biz Zalatanı dəvət etmişik ki, o, Azərbaycanla tanış olsun. Ona Bakı və regionları göstərəcəyik.
İbrahmovçin ölkəmizdə 3-4 gün qalması planlşdırılır. Onun gəlişi nə “Bakı-2015”, nə də reklam çəkilişi ilə bağlı deyil. Bunlar hamısı şaiyədir. Mən və dostum Asif İlyasov Zlatana Azərbaycanın gözəlliyini nümayiş etdirmək fikrindəyik. Zlatan ov həvəskarı deyil. O, daha çox ekstremal idman növlərinin həvəskarıdır”.