https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
4 İyul 2026
3 İyul 2026

“Qarabağ” Azərbaycan kubokunun qalibi olub

“Qarabağ” Azərbaycan kubokunun qalibi olub
İyunun 3-də Qəbələ şəhər stadionunda futbol üzrə Azərbaycan Kuboku uğrunda yarışların final oyunu keçirilib.      
     
APA-nın yerli bürosunun xəbərinə görə futbol üzrə 2014-2015-ci il mövsümünün son qarşılaşması “Qarabağ” və “Neftçi” komandaları arasında olub. Futbol üzrə ölkə çempionu olan “Qarabağ” və Premyer Liqanı 4-cü sırada başa vuran “Neftçi” komandaları arasındakı oyun gərgin idman mübarizəsi şəraitində keçib. Oyunu hakimlər Rəhim Həsənov, Yaşar Abbasov, Rza Məmmədov və Orxan Məmmədov idarə edib.

“Qarabağ” komandası görüşün ilk hissəsini 2:0 hesabı ilə üstün olub. Braziliyalı futbolçu Reynaldo oyunun 5-ci dəqiqəsində “Neftçi”nin qapısından ilk topu keçirərək hesabı açıb. Reynaldo görüşün 38-ci dəqiqəsində ikinci topu rəqib komandanın qapısından keçirərək hesabı 2:0-a çatdırıb. “Neftçi” komandasının oyunçuları tərəfindən “Qarabağ” komandasının qapısına bir neçə dəfə qol vurmaq çəhdi yaransa da uğursuz alınıb.
    
Oyunun ikinci hissəsi daha maraqlı olub və gərgin idman mübarizəsi şəraitində davam edib. Oyunun sona çatmasına az bir vaxt qaldıqda hər iki komandanın oyunçuları daha fəallıq nümayiş etdiriblər. “Nefçi”nin oyunçusu Ernest Nfor görüşün 77-ci dəqiqəsində “Qarabağ” komandasının qapısından topu keçirərək hesabı 2:1-ə çatdırıb. Görüşün 83-cü dəqiqəsində “Qarabağ” komandasının futbolçusu Muarem Muarem topu rəqib komandanın qapısından keçirib. Gərgin oyun qarşılaşması 3:1 hesabı ilə başa çatıb və “Qarabağ” komandası 22 ildən sonra və tarixində 4-cü dəfə Azərbaycan Kubokunu qazanıb. Oyun başa çatdıqdan sonra stadionda XXIII Azərbaycan kuboku uğrunda keçirilən oyunlar zamanı fərqlənən futbolçular, hakimlər, məşqçilər mükafatlandırılıb.
 
Sonda 2015-ci ilin futbol üzrə ölkə çempionu və Azərbaycan kubokunun sahibi olan “Qarabağ” komandasının üzvlərinə qızıl medallar təqdim olunub. Azərbaycan kuboku isə “Qarabağ” komandasının kapitanı Rəşad Sadıqova təqdim edilib. Mükafatlandırma mərasiminin sonunda atəşfəşanlıq olub. 
                                          
Azərbaycan Kuboku
Final

 
“Qarabağ” – “Neftçi” - 3:1
Qol: Reynaldo, 5, 38, Muarem Muarem, 83 - Nfor, 77
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.