https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
https://525.az/img/pics/medium/2026-07/396231_kt8m21hemk.png Yazıçılar və personajları
https://525.az/img/pics/medium/2026-07/396228_ehuyu3zja9.jpg Məzənnə dəyişikliyinin istehlak bazarına təsiri
search
4 İyul 2026
3 İyul 2026

Messi: "Sözümüzə əməl etdik"

Messi: "Sözümüzə əməl etdik"

"Evə Çempionlar Liqasının kuboku ilə qayıtmaq çox önəmli idi. "Yuventus" çətin rəqibdir. İlk dəqiqələrdən onlar bizə çətinlik yaratdılar. Lakin birdən-birə fantastik qol vurduq".

Qol.Az-ın "Marca" qəzetinə istinadən verdiyi məlumata görə, bu sözləri "Barselona"nın futbolçusu Lionel Messi deyib.

Argentinalı futbolçu söz verdikləri kimi Kataloniyaya üçüncü kubokla qayıtdıqları üçün çox sevincli olduğunu bildirib:

"Finaldan öncə Berlindən üçüncü kubokla qayıdacağımıza dair söz vermişdik ki, buna da əməl etdik. Bütün bunlar "Barselona" azarkeşləri və Kataloniya üçün idi. Motivasiyanı itirməməliyik və yenidən kuboklar uğrunda mübarizə aparmalıyıq. İnanıram ki, Avropa superkuboku və klublarası dünya çempionatını qazanacağıq".

Qeyd edək ki, La Liqa və İspaniya kubokunu qazanan "Barselona" son olaraq Çempionlar Liqasının finalında "Yuventus"u 3:1 hesabı ilə məğlub edərək fəxri mükafata sahib çıxıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.