|
|
|
|

Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək "Qarabağ" sözügedən turnirə hazırlaşmaq üçün bu gün Avstriyaya yollanıb.
Klubdan Qol.Az-a verilən məlumatına görə, İstanbula yola düşən Ağdam təmsilçisi Türkiyədən Münhenə, oradan isə Avstriyaya gedəcək.
Qurban Qurbanovun komandası Avstriyada üç yoldaşlıq oyunu keçirəcək.
Təlim-məşq toplanışının müddəti Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin püşkatmasından asılı olacaq. İyunun 22-də keçiriləcək püşkatmanın nəticəsinə görə "Qarabağ" ilk oyununu səfərdə keçirməli olsa, komanda Avstriyadan birbaşa matçın keçiriləcəyi şəhərə yollanacaq.



