|
|
|
|

Şuşa Dövlət Musiqili Dram Teatrı mövsümə yekun vurmağa hazırlaşır.
Teatr mövsümə iyulun 10- da "Azərsun Holdinq" Mədəniyyət Mərkəzində görkəmli dramaturq Mirzə Fətəli Axundzadənin "Sərgüzəşti-vəziri-xani-Lənkəran" əsəri əsasinda hazırlanacaq eyniadlı tamaşası ilə yekun vurulacaq.
Quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov olan tamaşanın musiqi tərtibatçısı Orxan Kərimov, rəqslərin tərtibatçısı Pedram Nazeradli , quruluşçu rəssamı isə Xaliq Cabbarovdur.
Tamaşada rolları Əməkdar artistlər Azad Məmmədov, Şükufə Musayeva, aktyorlar Məmməd Məmmədov, Püstəxanım Zeynalova, Mətanət Eres, Aybəniz Əhmədova, Nazir Rüstəmov və başqaları ifa edəcəklər.
S.ABDULLAYEVA



