https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Liverpul"un yeni kapitanı kimdir

"Liverpul"un yeni kapitanı kimdir

Stiven Cerardın "Liverpul"dan ayrılmasından sonra komandanın yeni kapitanı bəlli olub.

Qol.Az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata görə, Yordan Henderson "Liverpul"un yeni kapitanı təyin olunub.

Yeni mövsümdən "Liverpul"u kapitan sarğısı ilə meydana çıxaracaq Henderson sabiq komanda yoldaşı Stiven Cerarddan çox şey öyrəndiyini bildirib:

"Vitse-kapitan olarkən komandam üçün əlimdən gələnin ən yaxşısını etdim. "Liverpul"a gəldiyim ilk gündən bəri Cerarddan çox şey öyrəndim. Kapitanlığa bir sıra namizəd var idi. Əminəm ki, Brendan Rocers kimi seçərsə seçsin, komanda üçün doğru qərar verəcək".

Qeyd edək ki, 2011-ci ildən "Liverpul"un şərəfini qoruyan Henderson keçirdiyi 139 oyunda 17 qol vurub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.