https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Qəbələ"dən qalmaqalla bağlı bəyanat

"Qəbələ"dən qalmaqalla bağlı bəyanat

"Qəbələ" Avropa Liqasının birinci təsnifat mərhələsində "Dinamo" ilə cavab matçında (2:0) baş verən hadisələrlə bağlı bəyanat yayıb.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytı vasitəsilə yayılan bəyanatda deyilir:

"UEFA Avropa Liqası çərçivəsində 09.07.2015 tarixində keçirilən “Qəbələ” – “Dinamo” (Tiflis) matçında baş verən hadisələri çox təəssüf hissi ilə qarşıladıq.
 
Matçdan öncə ən yüksək səviyyədə təhlükəsizlik tədbirləri görülsə də, Azərbaycan və Gürcüstanın dostluq münasibətlərinə xələl gətirmək istəyən qüvvələr, Tiflisdə olduğu kimi, Qəbələ şəhər stadionunda da öz işlərini gördülər. Bir qrup təxribatçı tərəfindən Gürcüstanın dövlət atributlarının təhqir olunması və siyasi şüarlar qaldırılması bu işin bir hissəsi kimi qəbul olunmalıdır. Əvvəllər də olduğu kimi, indi də bu cür hadisələr klublarımız, ölkələrimiz arasındakı sıx əməkdaşlığa, xalqlarımız arasındakı dostluğa təsir göstərməyəcək. Dünənki matçdan öncə və sonra hər iki klub nümayəndələri arasındakı xoş münasibət, rəqabətin nəticədən asılı olmayaraq, yalnız meydançada olduğunun sübutudur.

İnanırıq ki, bu cür hadisələrə yol verənlər hər iki ölkədə aşkar ediləcək və layiqli cəzalarını alacaqlar. Bir daha baş vermiş hadisədən təəssüfləndiyimizi bildiririk".

Xatırladaq ki, sözügedən qarşılaşma zamanı Gürcüstan bayrağı yandırılıb. Bundan başqa, Qəbələ şəhər stadionunda bir qrup azarkeşin açdığı pankartlarən üzərində "Borçalı Azərbaycanındır", "Sarvan, no Marneuli" (Marneuli yox, Sarvan) sözləri qeyd olunub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.