|
|
|
|

Türkiyədə təlim-məşq toplanışında olan "Xəzər Lənkəran"ın daha bir rəqibi müəyyənləşib.
Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, komanda Türkiyə superliqa təmsilçisi "Kayserispor"la qarşılaşacaq. İyulun 21-də keçiriləcək matçın başlama saatı hələ müəyyənləşməyib.
Qeyd edək ki, "Xəzər Lənkəran" bundan əvvəl yoxlama oyununda "Kasımpaşa"ya 0:2 hesabı ilə uduzub, "Niğdespor"a qalib (1:0) gəlib.



