https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Atletik"in baş məşqçisi: "İnter"ə hörmətlə yanaşırıq"

	"Atletik"in baş məşqçisi: "İnter"ə hörmətlə yanaşırıq"

İspaniyanın "Atletik" klubunun baş məşqçisi Ernesto Valverde Avropa Liqasının III təsnifat mərhələsinin püşkünü dəyərləndirib.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, "İnter" (Azərbaycan) - "Hafnarfyordur" (İslandiya) matçının qalibi ilə qarşılaşacaq Bilbao klubunun çalışdırıcısı deyib ki, hər iki komandaya hörmətlə yanaşırlar:

"Hər iki ölkəyə uzun yol qət edəcəyik. Bu komandalar rəsmi yarışda mübarizə aparırlar. Buna görə də onlara hörmətlə yanaşırıq. Biz mövsümöncəsi yoldaşlıq görüşləri keçirsək də, onlar rəsmi yarışda mübarizə aparırlar".

Valverde "İnter" - "Hafnarfyordur" cavab görüşünü izləyəcəklərini bildirib:

"Rəqib müəyyənləşdikdən sonra isə əvvəlki qarşılaşmalara da baxacağıq, rəqib haqda məlumatlar toplayacağıq".

Qeyd edək ki, "İnter" - "Hafnaryordur" matçı iyulun 23-ü saat 21:00-da başlayacaq. Bu cütün qalibi iyulun 30-u və avqustun 6-ı "Atletik"lə qarşılaşacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.