İyulun 23-də "Casipan Business Center"də "Bizim istedadlar" sərgisinə yekun vurulacaq.
"Bizim istedadlar" fərdi layihəsi bu ilin may ayından Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilməyə başlayıb. Fərdi layihənin müəllifi Emin Pənahovdur.
Layihənin məqsədi sosial problemli, aztəminatlı ailələrdən, xüsusi qayğıya ehtiyacı olan, yaxud da müxtəlif səbəblərdən təhsildən kənarda qalan yeniyetmə və gənclər arasında həyat bacarıqlarının inkişaf etdirilməsi yolu ilə onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir.
"Bizim istedadlar" sərgisində uşaqlar tərəfindən hazırlanmış müxtəlif əl işləri nümayiş etdirilir.