|
|
|
|

"Atletiko" futbolçusu Mario Suareslə yolları ayırıb.
Qol.Az-ın xəbərinə görə, bu barədə Madrid klubunun saytı məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçinin "Fiorentina"ya transfer olunduğu bildirilib. M.Suares rəsmi müqavilə imzalamaq üçün İtaliyaya getdiyi qeyd olunub.
Xatırladaq ki, M.Suares 2010-ci ildən "Atletiko"da çıxış edirdi.



