|
|
|
|

Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan “Seltik” Ağdam klubu ilə ilk matçı ərəfəsində yoxlama oyunu keçirəcək.
Qol.Az-ın Şotlandiya klubunun saytına istinadən yaydığı xəbərə görə, Qlazqo təmsilçisi iyulun 25-də öz meydanında Fransanın yüksək liqa təmsilçisi “Renn” komandası ilə qarşılaşacaq. Matç Bakı vaxtı ilə saat 19.00-da başlanacaq.
Bu oyundan dörd gün sonra, iyulun 29-da isə “Seltik” “Qarabağ”la qarşılaşacaq.



