|
|
|
|

Dünən Avropa Liqasında II təsnifat mərhələnin oyunları keçirilb.
Qol.Az-ın məlumatına görə, qitənin ikinci dərəcəli klub türnirində mübarizəni davam etdirən Bakının “İnter” klubu da növbəti matçına çıxıb.
Təmsilçimiz öz meydanında İslandiyanın “Hafnarfyordur” klubu qəbul edib. Tarixində heç vaxt III təsnifat mərhələsinə vəsiqə qazana bilməyən “İnter” maliyyə problemlərinin mövcud olduğu bir dövrdə bu uğura çox yaxın idi.
Səfərdə keçirilən ilk oyunda rəqibini 2:1 hesabı ilə məğlub edən “İnter”i evdə istənilən heç-heçə qane edəcəkdi. Lakin fasiləyə 1:0 hesabı ilə üstün yollanan Zaur Svanadzenin komandası ikinci hissənin əvvəllərində qapısında iki top görüb - 1:2.
Bundan sonra oyunda qol olmadığından əlavə vaxta ehtiyac duyulub. Əlavə vaxtın ilk dəqiqəsində Rauf Əliyevin vurduğu qol "İnter"i tarixində ilk dəfə Avropa Liqasının III təsnifat mərhələsinə yüksəldib. Maliyyə problemləri ilə üzləşməsinə baxmayaraq, "İnter" II təsnifat mərhələsini də uğurla adlayıb.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı III təsnifat mərhələsində İspaniyanın “Atletik” klubu ilə qarşılaşacaq.
23 iyul
Avropa Liqası, II təsnifat mərhələsinin cavab oyunları
21:00. "İnter" (Azərbaycan) - "Hafnarfyordur" (İslandiya) - 2:2
Qollar: Abbas Hüseynov, 45+1 (1:0), Valdimarsson, 47 (1:1), Finnboqason (1:2), Rauf Əliyev, 91 (2:2)
Qırmızı vərəqə: Kristian Floki Finboqason, 55 ("Hafnarfyordur")
Baş hakim: Yaroslav Kozık (Ukrayna)
Bakı. “İnter Arena” stadionu
İlk oyun – 2:1
“İnter”: Səlahət Ağayev (k), Xuanfran, Laşa Kasradze, Zurab Xizanişvili, Abbas Hüseynov, Nizami Hacıyev, Nika Kvekveskiri, Mirhüseyn Seyidov (Polyak,72), Fuad Bayramov, Rauf Əliyev, Diaqo Martins (Mirsayib Abbasov, 55)
Ehtiyat oyunçular: Giorgi Lomaya, Denis Silva, İlkin Qırtımov, İlkin Sadiqov, Abdullayev
"Hafnarfyordur": Kristian Finnboqason, Tillen (Bödvarsson, 78), Petur Vidarsson, Doumbia, Hendriks, Palsson, Valdirmarsson, David Vidarsson (k), Bjarni Vidarsson(Kristian Floki Finboqason, 38), Servi, Qudnason
Ehtiyat oyunçular: Thorirson, Yonsson, Qudmundsson.



