https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

FHN-də üzgüçülük üzrə çempionat

FHN-də üzgüçülük üzrə çempionat
Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun və FHN işçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə 24 iyul  tarixində nazirliyin yaradılmasının 10 illiyinə həsr olunmuş üzgüçülük üzrə çempionat keçirilib.
 
İdman-sağlamlıq klubundan APA-ya verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin İdman kompleksində baş tutan çempionatda FHN-in qurumlarını təmsil edən 18 komandada 36 iştirakçı mübarizə aparıb. İştirakçılar yarışın şərtlərinə uyğun olaraq, komanda hesabında 100, şəxsi hesabda isə 50 metrlik məsafəni qət ediblər.
 
Komanda olaraq birinci yerə Dövlət Sularda Xilasetmə Xidməti (DSXX), ikinci yerə Mülkü Müdafiə qoşunları (MMQ), üçüncü yerə isə Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Yanğından Mühafizə Xidməti layiq görülüb.
 
Şəxsi hesabda Babazadə Anar (DSXX) birinci yeri, Esetov Rüstəm (DSXX) ikinci yeri, Britvin Emil (MMQ)isə üçüncü yeri tutub.
 
Qaliblərə kubok, medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.