https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Maraqlı qrupa düşdük"

"Maraqlı qrupa düşdük"

"Yaxşı komandaların olduğu maraqlı qrupa düşdük".

Qol.Az-ın Almaniya mətbuatına istinadən yaydığı xəbərə görə, bunu Almaniya millisinin baş məşqçisi Yoahim Löv "DÇ-2018"in seçmə mərhələsinin püşkünü dəyərləndirərkən deyib.

Təcrübəli mütəxəssis rəqiblərdən Çexiya, Norveç və Şimali İrlandiyanın iddialı komandalar olduğunu vurğulayıb:

"Çexiya, Norveç və Şimali İrlandiya ambisiyalı komandalardır. Bu yığmalar yaxın keçmişdə yaxşı nəticələr əldə edib. Əlbəttə ki, son dünya çempionu kimi qrupu lider başa vurmaq istəyirik. Eyni zamanda qrupun favoritiyik".

55 yaşlı mütəxəssis Fransa, İsveç, Hollandiyanın yer aldığı A qrupu və İspaniya, İtaliyanın düşdüyü G qrupunda çox maraqlı görüşlərin olacağını bildirib: "Bu qrupun oyunları azarkeşləri həyəcanlandıracaq. Ancaq hazırda bütün diqqətimizi yalnız "Avro-2016"nın seçmə mərhələsinə yönəltmişik. Bu turnirdən sonra dünya çempionatının seçmə mərhələsi haqda düşünəcəyik".

Qeyd edək ki, "DÇ-2018"nin seçmə mərhələsinin C qrupunda yer alan Almaniya yığması millimizlə yanaşı, Çexiya, Norveç, Şimali İrlandiya və San Marino ilə mübarizə aparacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.