https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

Platini iyulun 30-da FİFA prezidentliyinə namizədliyini irəli sürəcək

Platini iyulun 30-da FİFA prezidentliyinə namizədliyini irəli sürəcək
UEFA rəhbəri Mişel Platini FİFA prezidentliyinə namizədliyini irəli sürəcək.

Apasport.az saytının Fransa mətbuatına istinadən xəbərinə görə, qitə futbol qurumunun başçısı namizədliyini 2 gün sonra rəsmən elan edəcək.
 
Platininin 6 konfederasiyadan 4-nün dəstəyi ilə təmin olunduğu haqda məlumatlar yayılıb.
 
Bir həftə öncə FİFA-nın İcraiyyə Komitəsi federasiyanın yeni prezident seçkisinin fevralın 26-da baş tutacağını və həmin müddətə qədər Blatterin quruma rəhbərlik edəcəyini açıqlamışdı.
 
Qeyd edək ki, mayın sonlarında FİFA tarixində görünməmiş qalmaqal baş vermişdi. Sürixdə federasiyanın yüksək vəzifəli 7 əməkdaşı həbs olunmuşdu.
 
DÇ-2010, DÇ-2018 və DÇ-2022-nin ev sahiblərinin müəyyənləşdirilməsində korrupsiya halı qeydə alındığı üçün İsveçrə polisi məsələ ilə bağlı cinayət işi açmışdı. Buna rəğmən Blatter mayın 29-da FİFA-nın konqresində növbəti dəfə prezident seçilsə də, 4 gün sonra korrupsiya qalmaqalı ilə əlaqədar olaraq istefa verdiyi açıqlamışdı.
Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.