https://525.az/img/pics/medium/2026-02/383873_4vv2i4zae6.jpg İmişlidə zəlzələ olub
https://525.az/img/pics/medium/2026-07/396407_dex54yicz8.jpeg ABŞ səfirliyi Azərbaycana təşəkkür edib
https://525.az/img/pics/medium/2026-07/396373_twdjt43jec.jpg Oğurluqdan başlayan insanlıq hekayəsi - Kinoseans
https://525.az/img/pics/medium/2026-07/396241_et1yor4vpy.jpg Xəzərin ekoloji problemləri: çoxtərəfli həll yolları axtarılır
search
4 İyul 2026
3 İyul 2026

"Şaxtyor"un futbolçusunda dopinq tapıldı

"Şaxtyor"un futbolçusunda dopinq tapıldı

Braziliya millisinin və "Şaxtyor"un (Donetsk) oyunçusu Fredə ağır cəza tətbiq oluna bilər.
 
Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə,  dopinq testindən keçən 22 yaşlı yarımmüdafiəçinin qanında qadağan olunmuş maddə aşkarlanıb.
 
Amerika kubokunda Freddən analiz götürülüb. İlk yoxlama zamanı onun qanında qadağan olunmuş preparat tapılıb. Bu gün Fred növbəti dəfə analiz verəcək. Əgər nəticə müsbət olarsa, onda braziliyalı futbolçu iki il yaşıl meydanlardan uzaq qala bilər.

Qeyd edək ki, Fredin bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində "Fənərbaxça" ilə ilk qarşılaşmada iştirak etməyəcəyi gözlənilir. Əgər o, dopinqli vəziyyətdə sözügedən qarşılaşmada oynayarsa, "Fənərbaxça"nın bununla bağlı etiraz etmək hüququ var.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.