Gürcüstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıda fotosərgi keçiriləcək.
Səfirlikdən APA-ya verilən məlumata görə, sərgidə 2008-ci ildə baş vermiş Rusiya-Gürcüstan müharibəsi və onun fəsadlarına həsr olunmuş fotolar nümayiş etdiriləcək.
İçərişəhərdəki Müasir İncəsənət Mərkəzində təşkil olunacaq sərginin açılışı avqustun 7-də baş tutacaq.