Gürcüstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə Bakıdakı Müasir İncəsənət Mərkəzində Rusiya-Gürcüstan müharibəsinə həsr olunmuş fotosərgi təşkil olunub.
APA-nın məlumatına görə, tədbirin açılışında çıxış edən Gürcüstanın Azərbaycandakı səfiri Teymuraz Şaraşenidze bu sərgi ilə 21-ci əsrdə yeni "Berlin divarları"nın necə tikildiyini və "sürünən ilhaq"ın necə baş verdiyini göstərmək istədiklərini deyib.
Səfir fotoların müəllifinin Ceym Cons olduğunu bildirib.
Sərgidə 2008-ci ildə baş verən hadisələrlə bağlı fotolar nümayiş olunur.