|
|
|
|

Bakının mərkəzi yollarından biri bağlanıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Səbail rayonu ərazisində, Puşkin küçəsində nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb. Yol polisindən bildirilib ki, Puşkin küçəsindən Neftçilər prospektinə doğru nəqliyyatın hərəkəti qeyri-müəyyən vaxtadək məhdudlaşdırılıb.
Səbəb isə Azadlıq meydanında yeraltı avtomobil dayanacağının tikilməsi və dayanacağın Puşkin küçəsi ilə birləşdirilməsidir.
Yol polisi sürücülərdən alternativ yollardan istifadə etməyi xahiş edir.



