|
|
|
|

Bakıda «Meksika Yay Bayramı» keçiriləcək.
Meksikanın Azərbaycandakı Səfirliyindən verilən məlumata görə, bayram tədbiri avqustun 22-si səfirliyin dəstəyi və «V-G Events Boutique»in təşkilatçılığı ilə «Cook Zone» Restoranında baş tutacaq.
Tədbirdə iştirak etmək istəyənlər Meksikanın mədəniyyəti və mətbəxi ilə tanış olmaq imkanı qazanacaqlar.
Səfirlik ictimaiyyəti zəngin Meksika mədəniyyəti və ləziz Meksika təamlarından dadmaq imkanını əldən verməməyə çağırır.
Qeyd edək ki, 2010-cu ildə UNESCO qədim və canlı mədəniyyətin göstəricisi kimi Meksika milli mətbəxini bəşəriyyətin qeyri-maddi mənəvi irsi siyahısına daxil edib.
Ceyhun ABASOV



