Uzun sürən xəstəlikdən evində vəfat etmiş Xalq artisti, məşhur kaman ustası Habil Əliyevlə vida mərasimi sentyabrın 9-da saat 11.30-dan 14.00-dək Azərbaycan Dövlət Filarmoniyasında keçiriləcək.
Bu barədə APA-ya Xalq artistinin yaxınları bildirib.
Məlumata görə, Xalq artisti I Fəxri Xiyabanda dəfn olunacaq.