|
|
|
|

Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol qəzasında yaralananlardan daha biri dünyasını dəyişib.
Bu barədə APA-ya Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasından bildirilib. Xəsarət alaraq xəstəxanaya yerləşdirilən şəxslərdən biri orada ölüb.
Xəstəxanadan onu da bildiriblər ki, oraya yerləşdirilən digər yaralıların vəziyyəti orta-ağırdır.
*** 10:56
Bakı-Sumqayıt yolunda baş vermiş ağır yol qəzasında iki nəfər ölüb, 10 nəfər yaralanıb.
Bu barədə APA-ya Azərbaycan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Nazirlikdən onu da qeyd ediblər ki, Bakıdan hadisə yerinə həkim briqadaları cəlb olunub.
Yaralılardan bir neçəsinin vəziyyəti ağır olduğu üçün əməliyyat olunur.
*** 09:58
Bakı-Sumqayıt yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Şəhər Baş Dövlət Yol Polis İdarəsindən APA-ya verilən məlumata görə, Ceyranbatan su anbarının yaxınlığında “Ford-Tranzit” markalı mikroavtobus yol kənarındakı maneəyə çırpılıb.
Hadisə nəticəsində iki nəfər ölüb, bir neçə nəfər xəsarət alıb. Ölən və xəsarət alan şəxslərin kimliyi dəqiqləşdirilir.



