|
|
|
|

Azərbaycanın tanınmış diktoru Davud Əhmədov vəfat edib.
525.az xəbər verir ki, bu barədə APA-ya mərhumun oğlu Vəliəhd Əhmədov məlumat verib.
Onun sözlərinə görə, 74 yaşlı diktor ürək çatışmazlığından əziyyət çəkib. Mərhum dünən saat 18:00-da Bakının Biləcəri qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn olunub.
Qeyd edək ki, 1941-ci ildə Lənkəranda anadan olan Davud Əhmədov uzun illər Azərbaycan Dövlət Televiziyasında xəbərlər proqramının aparıcısı olub.



