
Meksikalı rejissor Alexandro Qomez Monteverde faciə ilə üzləşib.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, "Bella" ("Gözəl) və "Little boy" ("Balaca oğlan") filmləri ilə tanınan rejissorun qardaşı və atasının meyiti tapılıb. Onlar sentyabrın 4-də Meksikanın Tampiko şəhərindəki evlərindən çıxarkən qaçırılmışdılar.
Meksika mediasının iddiasına görə, narkotik karteli tərəfindən pul üçün qaçırılan ata ilə oğulun cansız bədənləri Verakruzda tapılıb. Xuan Manuel Qomez Fernandez və oğlu başlarından aldıqları ciddi zədə ilə ölüblər. Rejissorun qardaşı böyük restoran ortaqlarından biri olub. Həmin restoranın qanunsuz işlərlə məşğul olduğu iddia edilir.
"Televisa" telekanalı isə ata və oğul üçün istənilən pulun ödənildiyini, lakin mafiyanın sözündə durmadığını bildirib. Meksika təhlükəsizlik orqanları baş verənlərlə bağlı cinayət işi açıb.



