
Ərəb mediası Rusiya, İran, Suriya və "Hizbullah" rəhbərliyinin "İŞİD" qruplaşmasına qarşı ortaq stateji plan hazırladıqlarından yazıb.
Modern.az xəbər verir ki, Küveytin "Əl Rai" qəzeti Suriya ərazisinə rusiyalı və iranlı elit hərbçilərin gətirildiyini yazır.
Tərəflər hərbi əməliyyatlar meydanını öz aralarında bir neçə zonaya ayırıblar.
Məhz bunun sayəsində "Hizbullah" qruplaşması qoşunlarının bir hissəsini "İŞİD" və "Əl Nüsrə Cəbhəsi" ilə üzbəüz mövqelərə yerləşdirə bilib.
"Əl Rai" qəzetinin məlumatına görə, Dəməşqə şəhər şəraitində hərbi əməliyyatlar aparmaq üzrə ixtisaslaşan 100 professional iranlı zabit gətirilib. Rusiyadan yardım alan Əsəd rejimi isə "Hizbullah"a 75 ədəd T-72 tankı verib.
"Əl Məsdər" qəzetinin məlumatına görə isə Tarsus və Latakiya şəhərlərində Rusiyaya məxsus hərbi blokpostların yaradılması Suriya ordusuna ərazidəki 2800 hərbçisini "İŞİD"in üzərinə göndərməyə imkan verib.



