
Almaniya kansleri Angela Merkel BMT Baş Assambleyası çərçivəsində keçirilən tədbirlərin birində çıxışı zamanı Ümumdünya Səhiyyə Təşkilatında köklü islahatlar aparmağı təklif edib.
APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, Merkel qeyd edib ki, bu cür tədbirlər “Ebola” xəstəliyi kimi epidemiyaların qarşısını almağa kömək edəcək.
Merkelin təklifini Norveç və Qana nümayəndələri müsbət qarşılayıblar.



