BMT Baş Assambleyası çərçivəsində ABŞ Dövlət katibi Con Kerri və Rusiya xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu, son bir həftə ərzində ABŞ və Rusiya xarici idarə başçılarının sayca üçüncü görüşüdür.
Danışıqlar bağlı qapılar arxasında aparılıb. Məlumata görə, görüşdə Rusiya Hərbi-Hava Qüvvələrinin Suriyada hərbi əməliyyatda iştirakı müzakirə edilib.