|
|
|
|

"Naxçıvan" Universitetində Beynəlxalq Müəllimlər Günü münasibətilə tədbir keçirilib. Bu münasibətlər Universitetinin "İdarəetmə" fakültəsinin tələbələrinin iştirakı ilə konsert proqramı təşkil olunub.
Tədbirin aparıcıları qeyd ediblər ki, müəllimliyin cəmiyyətin, insanların həyatındakı rolundan danışıblar.
Aparıcılar onu da vurğulayıblar ki, bu gün müəllim əməyi dövlətimiz tərəfindən layiqincə qiymətləndirilir. 2007-ci ildən bu günədək muxtar respublikada 35 müəllimin "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olması bunun əyani ifadəsidir. Həmçinin müəllimlərdən 65-i Azərbaycan Respublikasının, 83-ü Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi fəxri adlarına layiq görülmüş, 60 müəllim "Tərəqqi" medalı ilə təltif edilib.
Qeyd olunmuşdur ki,muxtar respublikada istifadəyə verilən məktəb binalarının maddi-texniki baza ilə təmin olunması təhsilin inkişafına göstərilən qayğının davamıdır. İndiyədək ümumtəhsil məktəblərində 600-dən çox elektron lövhə və 3700 dəst kompüter quraşdırılıb. Müəlim və şagirdlərin istifadəsinə verilən kompüterlərin 84 faizi internet şəbəkəsinə qoşulub.
Tədbirin bədii hissəsində tələbələrin ifasında sazda, gitarada vətənimizə, yurdumuza həsr olunmuş musiqi nömrələrinin səsləndirilməsi alqışlarla qarşılanıb. Tədbirə universitetin rektoru, professor İsmayıl Əliyev yekun vuraraq tədbirin təşkilatçılarına minnətdarlığını bildirib, müəllim əməyinə göstərilən yüksək qayğıdan danışıb.



