25 oktyabr tarixində "JW Marriott Abşeron Bakı" otelində “Business Networking” baş tutacaq.
525.az-ın məlumatına görə, tədbirin əsas məqsədi biznes sahəsində fəaliyyət göstərən insanların birbaşa kommunikasiya aktivliyini təmin etmək və komfortlu şəraitdə fərqli ideyaların, faydalı layihələrin yaranmasına kömək etməkdir.
“Ragimoff Coaching” tərəfindən təşkil olunan tədbirdə Azərbaycanın ən qabaqcıl şirkətlərinin rəhbər nümayəndələri, marketinq, satış, insan resursları üzrə departament rəhbərləri, sahibkarlar, müxtəlif biznes profilləri üzrə peşəkarlar öz bizneslərini təmsil edəcəklər. Partnyorların korporativ təqdimatları biznes strategiyası, partnyorluq və korporativ təklifləri, kadr siyasəti üzrə aparıla bilər.
İştirakçılar üçün “BusinessNetworking” birbaşa ünsiyyət, yeni əlaqələr, yeni partnyorlar və referanslar deməkdir. Potensial müştəriləri olan şirkətlərə və iş adamlarına, öz ideyalarını təqdim edən şəxslərə yeni imkanlar yaranır.
Ən aktiv ünsiyyət coffee-break zamanı baş verir. Komfortlu məkanda maraqlı şəxslərlə münasib söhbətlər, yeni kreativ ideyaların yaranma ehtimalını daha da çoxaldır. Tədbirin interaktiv zamanı isə çıxışlar, oyunlar, yarışmalar və hədiyyələrin təqdimatı maraqlı anlar yaşatmaqla, iştirakçıların kommunikasiya aktivliyinə səbəb olur.
Proqramın üçüncü hissəsində “Kommunikasiya qaydaları” mövzusu ilə spiker Kənan Rəhimov çıxış edəcək. Seminar zamanı insanların geyimində istifadə etdiyi rənglərə, stilə, davranışına və istifadə etdiyi sözlərə əsasən xasiyyətini təyin etmə prinsipləri açıqlanacaq.