Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “UNEC I Tələbə İdman Oyunları” keçiriləcək.
Universitetdən 525.az-a verilən məlumata görə, Azərbaycan universitetləri tarixində ilk dəfə keçiriləcək oyunlar UNEC-in 85 illiyinə həsr olunub.
“UNEC I Tələbə İdman Oyunları”na şahmat, yüngül atletika, futbol, voleybol, basketbol, velosiped yarışları, badminton, stolüstü tennis, oxatma, cüdo və güləş kimi idman növləri daxil edilib. 12 fakültə arasında keçiriləcək yarışlara 700-dən çox idmançının qatılacağı planlaşdırılır. Oyunlara minə yaxın könüllünün cəlb olunması nəzərdə tutulub.
“UNEC I Tələbə İdman Oyunları”nın açılış mərasimi dekabrın 14-də, bağlanış mərasimi isə dekabr 24-də baş tutacaq.
Tədbirin təşkilatçısı universitetin “İqtisadçı Gənclər Akademiyası”dır.