|
|
|
|

Oktyabrın 22-də Qazaxıstanın paytaxtı Astana şəhərində işgüzar səfərdə olan təhsil naziri Mikayıl Cabbarov Nazarbayev Universitetinin prezidenti Şiqeo Katsu ilə görüşüb.
Nazirlikdən verilən məlumata görə, görüşdə universitetin prezidenti bu ali təhsil müəssisəsinin innovativ xarakterli fəaliyyəti və gələcək planları barədə ətraflı məlumat verib.
Təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzə Dövlət Strategiyası” üzrə aparılan təhsil islahatları barədə məlumat verib. Bu proses çərçivəsində iki ölkə arasında təcrübə mübadiləsinin həyata keçirilməsi, Nazarbayev Universiteti ilə Azərbaycanın ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Vəfa MƏMMƏDLİ



