|
|
|
|

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov 14 mart 2015-ci il tarixdə "Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında" Sərəncam imzalayıb.
Universitetdən verilən məlumata görə, sərəncamdan irəli gələn vəzifələrin icrası ilə bağlı Naxçıvan Dövlət Universitetinin professor və müəllim heyətinin iştirakı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində ayda bir dəfə nümunəvi dərslər təşkil olunur.Sərəncama müvafiq olaraq Naxçıvan Dövlət Universitetinin və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi birgə qrafik hazırlayıb. Qrafikə uyğun olaraq, Naxçıvan Dövlət Universitetində çalışan 141 nəfər elmi dərəcəli əməkdaş Naxçıvanda fəaliyyət göstərən ümumtəhsil məktəblərində ayda bir dəfə nümunəvi dərslərin keçilməsində fəal iştirak edir.
Dünən Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov Şərur rayon Alışar kənd tam orta məktəbində "Bağırsaq boşluqlular tipinin morfoloji, fizioloji xüsusiyyətləri" mövzusunda nümunəvi dərs aparıb. Alim bu tipə daxil olan hidranın quruluşu, həyat tərzi, çoxalması haqqında danışıb.
Eyni zamanda, həmin tarixdə Naxçıvan Dövlət Universitetinin informatika kafedrasının dosenti Elşən Məmmədov Şərur rayon Tumaslı kənd tam orta məktəbində "İnformatika fənninin predmeti. İnformasiya nəzəriyyəsi və informasiya texnologiyaları" mövzusunda nümunəvi dərs keçib. Dərs zamanı şagirdlərə informatika fənni, informasiyanın saxlanması, çevrilməsi, təsviri, eləcə də, informasiyanı sintez edən qurğular haqqında məlumat verilib. İnformasiya təhlükəsizliyinin metod və üsulları göstərilib.
Vəfa MƏMMƏDLİ



