Cari ildə dünyada bankların aktivlərin həcminə üzrə renkinqi açıqlanıb. İyulun 1-nə hazırlanan renkinqə əsasən, "Industrial & Commersial Bank of China" (ICBC) 3,62 trln. ABŞ dolları ilə dünyanın ən böyük bankı olub. "China Construction Bank" (CCB) 2,9 trln. dollarlıq aktivlərlə dünya bankları arasında ikinci yeri tutub.
"Report"un verdiyi xəbərə görə, bankların ilk əlilliyinə Çindən 7, ABŞ-dan 5, Böyük Britaniyadan 4, Fransadan 4, Yaponiyadan 4, Almaniyadan 2, İsveçrədən 2 bank daxildir. Qeyd edək ki, top 5-likdə olan bankların 4-ü Çin kapitallıdır.