|
|
|
|

Təhsil naziri Mikayıl Cabbarov 30 noyabr saat 11:00-da Beyləqan şəhərindəki Heydər Əliyev Mərkəzində mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2015-ci ilin noyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Beyləqan, Füzuli, Ağdam və Tərtər rayon sakinlərini qəbul edəcək.
Nazirlikdən verilən məlumata görə, qəbula gəlmək istəyən vətəndaşlar 24, 25, 26 və 27 noyabr 2015-ci il tarixlərində Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna ("Qaynar xətt" xidməti) və ya http://edu.gov.az/az/contacts/request elektron poçt ünvanına müraciət edərək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçən vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.
Vəfa MƏMMƏDLİ



