|
|
|
|

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) doktoranturaya qəbulda yeni qaydalar qüvvəyə minib.
Universitetdən 525.az-a verilən məlumata görə, UNEC-in Elmi Şurasının qərarına əsasən, universitetdə fəlsəfə doktoru proqramı üzrə ingilis dili fənnindən qəbul imtahanı artıq Brita Konsilio tərəfindən həyata keçiriləcək.
Digər yeniliyə uyğun olaraq, IELTS və TOEFL beynəlxalq sertifikatı olanlar ingilis dili imtahanından Azad olunacaq.Dəyişikliklər fəlsəfə doktoru proqramı üzrə doktorantların ingilis dilindən doktorluq imtahanlarına da şamil olunacaq.
Yeniliklərin tətbiqində əsas məqsəd qəbulda obyektivliyi təmin etməklə, elmi səviyyə üçün tələb olunan ingilis dili biliklərinin artırılmasına najlo olmaqdır.
Eləcə də, növbəti tədris ILI üzrə elmlər doktoru və fəlsəfə foktoru proqramları üzrə sənəd qəbulunun tam elektronlaşdırılması nəzərdə tutulub.
Qeyd edək ki, UNEC-də 2013-cu tədris ilində doktoranturaya sənəd verənlərin ümumi sayı 52 nəfər 2014-cu ildə 63 nəfər olduğu halda 2015-ci ildə əhəmiyyətli dərəcədə artaraq 104 nəfər təşkil edib.



