|
|
|
|

Dekabrın 9-da Azərbaycan Turizm və Menencment Universitetində (ATMU) “Biznes idarəçiliyi” fakültəsinin və “Azad İstehlakçılar İctimai Birliyi”-nin təşkilatçılığı ilə "İstehlakçı hüquqlarının qorunmasının aktual məsələləri" mövzusuna həsr olunan konfrans keçirilib.
Universitetdən verilən məlumata görə, tədbirdə “Biznes idarəçiliyi” fakültəsinin dekanı Sənan Əliyev, “Marketinq” kafedrasının müdiri Anar Eminov, “Azad İstehlakçılar İctimai Birliyi”nin sədri Eyyub Hüseynov, qurumun üzvləri Fərrux Əsgərov, Tariyel Ağayev, hüquqşünas Qaçay Şahbazov iştirak ediblər.
Dekanı Sənan Əliyev çıxışında bildirib ki, istehlakçı hüquqlarının qorunması hər zaman aktuallığını qoruyub saxlamaqdadır.
Mübaliğəsiz deyə bilərik ki, hətta dünyanın inkişaf edən ölkələrində də problem məsələ kimi gündəmdə qalmaqdadır.
“Azad İstehlakçılar İctimai Birliyi”nin sədri Eyyub Hüseynov təqdimat məruzəsində konkret olaraq ölkəmizdə istehklakçı hüquqlarının qorunması sahəsində mövcud vəziyyətə münasibət bildirib, qeyd edilən istiqamət üzrə şəxsi təcrübəsini tələbələrlə bölüşüb.
Bu günkü tədbir iştirakçıları da daxil olmaqla ümumiyyətlə istehlakçılar “bazarlarda,ticarət mərkəzlərində keyfiyyətsiz məhsul satışının təşkili ilə qarşılaşdıqda ilk növbədə nə etməlidirlər” sualına E.Hüseynov tərəfindən detallı faktlarla cavablandırılıb.
Vəfa MƏMMƏDLİ



