|
|
|
|

Bakı Ali Neft Məktəbində (BANM) Heydər Əliyevin anım günü qeyd olunub.
BANM-dən 525.az-a verilən məlumata görə, rektor Elmar Qasımov tədbiri açaraq müdrik dövlət xadimi, uzaqgörən siyasətçi Heydər Əliyevin Azərbaycan tarixindəki əvəzolunmaz rolundan bəhs edib. Bildirib ki, Heydər Əliyev Azərbaycan xalqının tarixində və taleyində elə bir şərəfli həyat yaşayıb ki, onun xatirəsi Azərbaycan xalqı yaşadıqca hər zaman yaşayacaq.
Rektor vurğulayıb ki, H.Əliyev öz həyatını xalqına bəxş edib və onun zəngin siyasi fəaliyyəti əsl dövlət idarəçiliyi məktəbinə çevrilib.
Milli Məclisin sədr müavini Bahar Muradova Heydər Əlyevin Azərbaycan dövlətinin və xalqının taleyində oynadığı tarixi roldan, ölkəmizin gələcəyi üçün göstərdiyi misilsiz xidmətlərdən bəhs edib.
O bildirib ki, Heydər Əliyevin quruculuq fəaliyyəti dövründə Azərbaycanın inkişafı və xalqın dinc yaşamasını təmin etmək üçün müxtəlif istiqamətlərdə proqram və layihələr həyata keçirilib.
Sonda Heydər Əliyevin xatirəsinə həsr olunmuş videoçarx nümayiş olunub.



