"Şimal-Cənub dəhlizi bizə lazım olan layihədir. Ona görə də biz bu işi asanlaşdırmağa çalışırıq".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov deyib.
C.Qurbanov bildirib ki, artıq bununla bağlı Koordinasiya Şurası da yaradılıb:
"Dekabrın 21-də İranın paytaxtı Tehran şəhərində görüş keçiriləcək.
Görüşdə məsələlərin konkret qoyulması nəzərdə tutulub. Birinci mərhələ olaraq Azərbaycan Astarasından İran sərhədinə 8 kilometr dəmir yolu çəkiləcək.
Bundan başqa, 100 metrlik də körpü tikiləcək. Bu da yüklərin asan daşınması üçün edilir".