|
|
|
|

Birləşmiş Krallığın turizm sahəsində bacarıqların inkişaf etdirilməsi üzrə aparıcı təşkilatlardan biri olan "People 1 st"ın icraçı direktoru Ceyn Reksvorsi Azərbaycana 2 günlük səfəri çərçivəsində Təhsil Problemləri İnstitutunda (TPİ) olub.
TPİ-nin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Təhsil Problemləri İnstitutunun direktoru hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov beynəlxalq arenada əməkdaşlıq fəaliyyətindən söz açıb.
Nəzərdə tutulan 12 həftəlik "Mehmanxana inzibatçısı ixtisası üzrə kadrların təkmilləşdirilməsi və iş üzrə təcrübə proqramı"nın milli peşə standartları və kvalifikasiyalara uyğun təlim proqramının hazırlanması məqsədilə lazımi biliklərin əldə edilməsi üçün fəaliyyəti və təcrübəsi ilə regionda xüsusi fərqlənən TPİ-nin aidiyyəti nümayəndələri ilə görüşdə pilot layihənin bir sıra detalları müzakirəyə çıxarılıb.
British Council nümayəndələrinin də iştirak etdiyi işgüzar görüşdə pilot layihənin təlim proqramı, müddəti və iştirakçıları müzakirənin əsas istiqamətini təşkil edib.
75 şagird və 15 müəllimin iştira kı nəzərdə tutulan pilot layihənin icrası 2015-2016-cı tədris ilinin 2-ci yarısında, Təhsil Nazirliyinin dəstəyi ilə dörd mövzu (Ev təsərrüfatı, Qonaqların qəbulu və xidmətin təşkili, Yemək və İçkilər, Kulinariya) istiqamətində həyata keçiriləcək.
Vəfa MƏMMƏDLİ



