|
|
|
|
Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində olan "Bacarıqlı Əllər" adlı rəsm dərnəyinin "Rəngbərəng" adlı rəsm sərgisi keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən 525.az-a verilən məlumata görə, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının nəzdində "Bacarıqlı Əllər" adlı rəsm dərnəyi fəaliyyət göstərir.
Burada gənc rəssamlar sənətin incəlikləri ilə tanış olur, daima gözəllik axtarışında olur,uşaq yaşlarından artıq rənglərin xarakterləri ilə tanış olurlar.
Yeni yaradıcılıq meylləri artır, təbiətlə ünsiyyətdə olur, virtual həyatdan ayrılıb reallığa qayıdırlar. Qrupda uşaqlar rəngkarlığın müxtəlif çalarları: qrafika, rəngli boya, sulu boya, yağlı boya, rəngli karandaş, qarışıq texnika, vitraj və s. texnikası üzrə inkişaf etdirilirlər.
Kollektivdə 4 yaşından 18 yaşınadək uşaqlar fəaliyyət göstərir.
25 dekabr, saat 18:00-da "Meqafun" ailəvi istirahət və əyləncə mərkəzində Azərbaycan Dövlət Uşaq Filarmoniyasının rəsm dərnəyinin "Rəngbərəng" adlı rəsm sərgisi keçiriləcək.
Sərgidə müxtəlif yaşlı uşaqların əsərləri sərgilənəcək.
Cavid QƏDİR