|
|
|
|

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015/2016-cı tədris ilinin qış imtahan sesiyasının yekunu da nəzərə alınmaqla, akademik borcu olan tələbələr alt qruplara yazıldığı zaman götürdükləri kreditə görə nəzərdə tutulan təhsil haqqından azad edilib.
UNEC-dən 525.az-a verilən məlumata görə, qərar Universitetin Elmi Şurasının iclasında qəbul edilib.
Qərara əsasən, vəsait universitetin daxili imkanları hesabına ödəniləcək.
C.ŞÜKÜROV



