|
|
|
|

Ağcabədi şəhər Ş.Hüseynov adına 2 saylı tam orta məktəbində 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr edilmiş tədbir keçirilib.
İlk olaraq məktəbin şagird və müəllim heyətindən ibarət 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad olunmuş, Şəhidlər Xiyabanı ziyarət edilib.
Sonra məktəbdə tədbir olub. 20 Yanvar və Qarabağ uğrunda həlak olan şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edilib. Məktəbin direktoru Tahir Əliyev çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunlarının xalqımıza elan olunmamış təcavüzündən, hərbi birləşmələrin törətdikləri vəhşilikdən geniş söhbət açıb.
Daha sonra məktəblilərin 20 Yanvar faciəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edilib. Məktəbin şagirdləri 20 Yanvar faciəsinə həsr olunmuş şeirlər söyləyiblər. Məktəblilər 20 Yanvar faciəsi üçün hazırlanmış rəsm və stendə baxıblar.



