Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə fevralın 1-dən 2-ə keçən gecə rayon ərazisində fəaliyyət göstərən “Emin” kafesində qeydə alınıb.
Beyləqan rayon sakinləri – Dəyanət Muradov, İlham Məmmədov və Fariz Məlikov sərxoş vəziyyətdə dalaşıblar. Hadisə yerinə polis çağırılıb. Sərxoş şəxslər əraziyə gələn polis əməkdaşları - polis kapitanı Ağaəli Əkbər oğlu Ələkbərova, polis serjantları Elnur Elman oğlu Şərifov və Bəxtiyar Şahlar oğlu Abbasova xəsarət yetiriblər.
Hadisəni törədən şəxslər tutulub.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.