NATO-nun Təhlükəsizlik Problemləri üzrə Departamentin enerji təhlükəsizliyi bölməsinin rəhbəri Maykl Rüle (Michael Rühle) Azərbaycana səfər edəcək.
NATO-Azərbaycan Beynəlxalq Məktəbindən (NİSA) APA-ya verilən məlumata görə, səfər çərçivəsində M. Rüle fevralın 4-9-da Bakıda keçiriləcək NİSA-nın qış sessiyasında iştirak edəcək.
Sessiyanın əsas müzakirə mövzusu Xəzər regionunda təhlükəsizliyə qarşı təhdidlər olacaq.
Səfər zamanı M. Rülenin bir sıra rəsmi görüşləri gözlənilir. O, həmçinin Azərbaycan Diplomatik Akademiyasında da olacaq.