"Azərbaycan qazını Türkiyə və Yunanıstan üzərindən İtaliyaya nəql olunmasını nəzərdə tutan Trans-Adriatik Boru Xətti (TAP) kəməri Yunanıstanla İtaliya arasında əlaqələri möhkəmləndirəcək.
"APA-Economics" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Paolo Centiloni Afinada yunanıstanlı həmkarı Nikos Kotzias ilə görüşü zamanı bildirib.
İtaliyalı nazirin sözlərinə görə, yaxın həftələr ərzində TAP-ın tikintisinə başlanacaq.