APA-nın məlumatına görə, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun Qara Qarayev stansiyası yaxınlığında qeydə alınıb.
Marşrut avtobusunun minik avtomobili ilə toqquşması nəticəsində 1 nəfərin öldüyü, 13 sərnişinin xəsarət aldığı bildirilir. Hadisə yerinə 7 briqada göndərilib.
Qəzaya düşən 62 saylı xətt üzrə hərəkət edən marşrut avtobusudur.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, son məlumatlara əsasən, avtobusla minik avtomobilinin toqquşması nəticəsində 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.