"İtkin düşən neftçilərin axtarışı davam etdirilir".
APA-nın məlumatına görə, bunu fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə deyib.
Nazir müavini bildirib ki, FHN qüvvələri axtarışlarda aktiv iştirak edir.
Qeyd edək ki, ötən il dekabrın 4-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Günəşli" yatağının 10-cu dərin dəniz özülündə qəza baş verib. Qəza yanğınla nəticələnib.
Qəza baş verən zaman platformada olan 63 işçidən 33 nəfəri xilas edilib, 11 nəfər həlak olub, 19 nəfər itkin düşüb.