"İxracın stimullaşdırılması ölkə başçısının həyata keçirdiyi iqtisadi strategiyanın əsas tərkib hissəsidir".
Bu barədə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov bildirib.
Nazir müavini deyib ki, ölkə başçısının ötən gün imzaladığı qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman da qeyri-neft sektoruna verilən əlavə dəstəkdir.
Onun sözlərinə görə, əsas məqsəd ondan ibarətdir ki, qeyri-neft məhsullarının ixracı zamanı gömrük bəyannamələrində göstərilən dəyərinin 3%-i dövlət vəsaiti hesabına sahibkarlara ödəniləcək.
"Təbii ki, bu, sahibkarlarımız üçün əlavə stimul və dəstəkdir. Bu cür tədbirlər həmin sahibkarların istehsal etdiyi məhsulların rəqabətqabiliyyətliliyini artıracaq".
Kamil HƏMZƏOĞLU