|
|
|
|

Bu gün xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti Misirə səfər edəcək.
XİN-in mətbuat xidmətindən 525.az-a verilən məlumata görə, Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının 12-ci Zirvə Toplantısında iştirak edəcək.
Səfər çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovun "İslam Dünyası: Yeni çağırışlar və genişlənən imkanlar" mövzusunda keçiriləcək Zirvə Toplantısında çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulur.



